Argentina millisinin kapitanı Lionel Messi DÇ-2026-nın seçmə mərhələsində evdə Uruqvaya məğlubiyyətin (0:2) səbəblərini deyib.
Fanat.Az xəbər verir ki, 36 yaşlı superulduz belə danışıb:
“Hansı rəqib ilə üz-üzə gələcəyimizi bilirdik. Çətinliklə üzləşdik. Rəqib intensiv futbol sərgiləyir. Fiziki cəhətdən güclü və sürətli futbolçuları var. Meydanda özümüzü rahat hiss etmirdik. Toparlanmalı və Braziliyada yaxşı futbol oynamalıyıq".
Argentina yığması Cənubi Amerika zonasında 5 turdan sonra 12 xalla liderdir. Xallarının sayını 10-a çatdıran Uruqvay millisi isə ikinci pillədə mövqe tutub.