AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində dünən keçirilən matçda Azərbaycan millisinə 0:3 hesabı ilə uduzan İsveç yığmasının yarımmüdafiəçisi Viktor Klasson Bakıdakı oyun barədə fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, "Expressen" onun dediklərini belə çatdırıb:
"Əlbəttə, acı məğlubiyyətdir. Azərbaycan millisi meydanda demək olar ki, bütün birəbir mübarizələrdən qalib çıxırdı. Bu, kimin motivasiyasının daha yüksək olduğunun göstəricisidir. Görünən budur ki, bu axşam Azərbaycanın idi".
Qeyd edək ki, bu qələbədən sonra xal hesabını 7-yə yüksəldən Azərbaycan F qrupunda 4-cü pillədə qalıb. İsveç isə eyni xalla 3-cü sıradadır. Son turda millimiz Belçikanın qonağı olacaqsa, İsveç Estoniyanı qəbul edəcək. Hər iki qarşılaşma noyabrın 19-da keçiriləcək.