"İnter"in 4-cü transferinin kimliyi müəyyənləşib. Fanat.az xəbər verir ki, bank klubu Omar Kossoko ilə razılığa gəlib.
Tərəflər arasında müqavilənin bütün detalları razılaşdırılıb. Hazırda "İnter" fransız futbolçunun yolunu gözləyir. Gələn kimi onunla müqavilə bağlanacaq.
Qeyd edək ki, Benin əsilli fransalı futbol 1988-ci il təvəllüdlüdü. 26 yaşlı forvardın son iş yeri Bolqarıstan ÇSKA-sı olub. Omar bu komandada 2013/14 mövsümündə 24 oyun keçirib və 5 qol vurub. Kossoko əvvəllər Fransanın "Amiens" (2008-2011, 62 oyun, 12 qol), "Oser" (2011-2012, 22 oyun, 1 qol), İngiltərənin "Kristal Palas" (2012/13, 1 oyun) və İsveçrənin "Servette" (2012/13, 9 oyun) klublarında çıxış edib.
"İnter" bundan əvvəl "Bakı"dan Elvin Məmmədovu, "Sumqayıt"dan isə Mirzağa Hüseynpurla Məhəmməd Mirzəbəyovu heyətinə qatıb.
Fanat.az