AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində dünən keçirilən matçda Azərbaycan millisinə 0:3 hesabı ilə uduzan İsveç yığmasının yarımmüdafiəçisi Matias Svanberq Bakıdakı oyun barədə fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, "Fotbollskanalen" onun dediklərini belə çatdırıb:
"Çox üzgünük. Bizi dəstəkləmək üçün Bakıya yollanan azarkeşlərimizin məsrəflərini qarşılamaq istəyirik".
Qeyd edək ki, bu qələbədən sonra xal hesabını 7-yə yüksəldən Azərbaycan F qrupunda 4-cü pillədə qalıb. İsveç isə eyni xalla 3-cü sıradadır. Son turda millimiz Belçikanın qonağı olacaqsa, İsveç Estoniyanı qəbul edəcək. Hər iki qarşılaşma noyabrın 19-da keçiriləcək.