"Bayer Leverkuzen"in baş direktoru Fernando Karro baş məşqçi Xabi Alonsonun "Real Madrid"ə mümkün gedişini şərh edib.
Fanat.Az xəbər verir ki, insayder Ben Yakobs funksionerin dediklərini sosial şəbəkə hesabı vasitəsilə çatdırıb.
"Əvvəlcə bildirim ki, bu məqsədlə mütəxəssisin müqaviləsində kompensasiyanın məbləği nəzərdə tutulmayıb. Buna ehtiyac da yoxdur. Xabi ilə çox yaxşı münasibətimiz var və o, bizim ciddi klub olduğumuzu bilir. Biz kimisə öz iradəsinə zidd olaraq qalmağa məcbur etməyəcəyik. Onun bizimlə özünü xoşbəxt hiss etməsini, qalmaq istəməsini istəyirik və bu, bizim vəzifəmizdir.
Kağızda heç nə yoxdur. Amma bəzən şifahi razılaşmalar da razılaşma sayılır. Bilirik ki, gələcəkdə getmək istəsə, bunu müzakirə edə bilərik. Ümid edirəm ki, buna ehtiyacımız olmayacaq, çünki o, Leverkuzendə qalıb xoşbəxt olacaq”.
Alonso 2022-ci ilin oktyabrından "Bayer Leverkuzen"i çalışdırır. Hazırda “əczaçılar” Bundesliqanın turnir cədvəlinə başçılıq edir.
Mirağa