"Barselona" üç ulduz futbolçusu ilə yeni uzunmüddətli müqavilə imzalamağa çalışır.
Fanat.Az xəbər verir ki, bu barədə "Marca" məlumat yayıb.
Xəbərə görə, klub rəhbərliyi Pedri, Qavi və Ronald Araujonun müqavilələrinin müddətini uzatmaq istəyir.
Artıq hər üç futbolçunun nümayəndələri ilə danışıqlar aparılır. Klub rəhbərliyi mövsüm üçün prioritetlərindən birini adıçəkilən futbolçularla müqavilələrin yenilənməsi hesab edir.
Yayda Araujo və Qavi ilə bir neçə top-klubdan təklof gəlsə də, danışıqlar heç bir nəticə verməyib. Pedri isə "Mançester Siti"nin hədəfindədir.
Mirağa