21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün yoxlama görüşündə qüvvəsini sınayıb.
Fanat.Az xəbər verir ki, Samir Əliyevin rəhbərlik etdiyi kollektiv Latviya ilə qarşılaşıb.
“Dalğa Arena”da baş tutan oyunda milimiz minimal hesablı qələbə qazanıb. Camal Cəfərovun 32-ci dəqiqədə vurduğu qol matçda yeganə olub və komandamız rəqibini 1:0 hesabı ilə məğlub edib.
Qeyd edək ki, U-21 millimiz noyabrın 21-də Avropa çempionatının seçmə mərhələsində Ukrayna ilə qarşılaşacaq. İspaniyanın Mursiya şəhərindəki “Nueva Kondomina” stadionunda baş tutacaq oyunun start fiti Bakı vaxtı ilə saat 22:00-da səslənəcək.