Afrikanın 2023-cü ilin ən yaxşı futbolçusu adına iddialılar məlum olub.
Fanat.Az xəbər verir ki, Afrika Futbol Konfederasiyasının açıqladığı siyahıda 10 namizəd var.
Siyahıya Riyad Mahrez ("Mançester Siti"/"Əl Əhli", Əlcəzair), Andre-Frank Zambo-Anguissa ("Napoli", Kamerun), Vinsent Abubakar ("Beşiktaş", Kamerun), Məhəmməd Salah ("Liverpul", Misir), Əşrəf Hakimi (PSJ, Mərakeş), Sofyan Amrabat ("Fiorentina"/"Mançester Yunayted", Mərakeş), Yassine Bounu ("Sevilya"/"Əl-Hilal", Mərakeş), Yusuf En-Nesyri ("Sevilya", Mərakeş), Viktor Osimhen ("Napoli", Nigeriya), Sadio Mane ("Bayern"/"Əl-Nəsr", Seneqal) daxildir.
Ötən il Afrikanın ən yaxşı futbolçusu mükafatına həmin vaxt “Bayern Münhen”də çıxış edən Sadio Mane sahib çıxıb.
Mirağa