Belçika yığmasının baş məşqçisi Domeniko Tedesko Azərbaycan millisi ilə AÇ-2024-ün seçmə oyunu ərəfəsində mətbuat konfransı keçirib.
Fanat.Az xəbər verir ki, italiyalı mütəxəssis komandamızı ciddi rəqib adlandırıb:
“Azərbaycan çox ciddi rəqibdir. İsveç kimi güclü komandanı 3:0 hesabı ilə məğlub etdilər. Unutmayaq ki, Bakıda da çətin anlar yaşamışdıq.
Start “11-liy”i haqda heç nə deməyəcəyəm, amma bəzi dəyişikliklər olacaq. Onu deyə bilərəm ki, yenilik istəyirik”.
Qeyd edək ki, noyabrın 19-da Brüsseldəki “Kinq Baudouin” stadionunda keçiriləcək Belçika – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Meydan sahibləri F qrupunda 17 xalla ikincidir. Komandamız isə 7 xalla 4-cü sırada qərarlaşıb.