İtaliya prokurorluğu "Udineze"yə qarşı dələduzluq ittihamı ilə araşdırmalara başlayıb.
Fanat.Az xəbər verir ki, informasiyanı "Football İtalia" yayıb.
Mənbənin məlumatına görə, Udina prokurorluğu 2018-ci ildə "Yuventus"dan transfer edilən müdafiəçi Rolando Mandraqoranın keçidi zamanı maliyyə fırıldağına yol verilməsindən şübhələnir.
İddiaya görə, “Udineze” bu alış-veriş zamanı nəzarət orqanlarına saxta hesabatlar, o cümlədən saxta sənədlər təqdim edib.
Artıq hüquq-mühafizə orqanlarının əməkdaşlarının "Udineze"nin bazasında axtarış aparıblar və müxtəlif sənədləri ələ keçiriblər. Klub prezidenti Franko Soldati və onun ortağı Stefano Kampokçi şübhəli şəxs qismində işə cəlb edilib.
Mirağa