Apasport.az saytının məlumatına görə, “Neftçi”nin çilili legioneri Nikolas Kanales mövsümün ən məhsuldar oyunçusu olub.
26 qolu olan cənubi amerikalıya çatmaq üçün son turda ən azı 5 qol vurmalı olan Junior Nildo fərqi azalda bilməyib. AZAL-ın braziliyalısı çempionatı 21 topla bitirib.
Bombardirlər yarışında 3-cü yer də legionerin hesabındadır. “Rəvan”ın argentinalı hücumçusu Juan Manauel Varea ilk “üçlük”də yalnız cənubi amerikalılara yer olduğunu göstərib – 14 qol.
Debüt mövsümündə Azərbaycanda bombardir olan Kanales bunu bacaran 6-cı legionerdir. Bu, əcnəbilərin ardıcıl 3-cü uğurudur. Örtən mövsüm olduğu kimi, ümumilikdə isə 6-cı dəfə zirvədə “Neftçi”nin üzvü qərarlaşıb.
İdman24.az