Fransa millisinin hücumçusu Kilian Mbappe karyerasında 300-cü qolu vurmasına münasibət bildirib.
Fanat.Az xəbər verir ki, 24 yaşlı ulduz TF1 telekanalına açıqlamasında belə deyib:
“Bu, sadəcə prosesin bir hissəsidir. Elə futbolçular var ki, karyerasında 800 və ya 850 qol vurublar. 300 qol sadəcə, gülüncdür! Mən eyni ruhda işləməyə davam etməliyəm və həm klub, həm də yığma üçün performansımı artırmalıyam”.
Xatırladaq ki, dünən Fransa yığması DÇ-2024-ün seçmə mərhələsinin 9-cu turu çərçivəsində Cəbəllütariq millisini 14:0 hesabı ilə məğlub edib. Mbappe bu qarşılaşmada het-triklə yadda qalıb.
Nihat