Fransa millisinin sabiq hücumçusu Tyerri Anri maraqlı açıqlama ilə gündəmə gəlib.
Fanat.Az "Sportskeeda"ya istinadən xəbər verir ki, o, Fransa çempionatının darıxdırıcı liqa olduğunu deyib:
"Söhbət yalnız Liqa 1-i darıxdırıcı edən məqamdan - qolların az olmasından getmir. Fransa çempionatında hərəkətlilik, qapılara zərbələr də yox dərəcəsindədir".
Liqa 1-in son 17 oyununda 25 qol vurulub. Bu sayda görüşdə 9 komanda 1-dən artıq qol vurmağı bacarmayıb.
Nihat