DÇ-2026-nın Cənubi Amerika zonası üzrə seçmə mərhələsində VI tur çərçivəsində Argentina yığması səfərdə Braziliyayla üzləşib.
Fanat.Az xəbər verir ki, prinsipial matçda son dünya çempionları qalib gəlib.
Otamendinin 64-cü dəqiqədə vurduğu yeganə qol matçın nəticəsini müəyyənləşdirib. Argentinanın 1:0 qalib gəldiyi görüş zamanı tribunalarda iğtişaş yaşanıb. Azarkeşlərin dava etməsinin qarşısını alan asayiş keşikçilərinin müdaxiləsi sərt olub və bir neçə fanat ağır xəsarət alıb. Onlardan biri xəstəxanaya qaldırılıb. Həmin anı Argentinanın kapitanı Lionel Messi yaxından həyəcanla izləyib:
🚨🇧🇷🇦🇷 Crazy scenes in the stands at Maracanã between Brazilian police and Argentina fans.
— Fabrizio Romano (@FabrizioRomano) November 22, 2023
Full footage by @_igorrodrigues 🎥 pic.twitter.com/lF4uzyI8A9
Mirağa