"Roma"nın baş məşqçisi Joze Mourinyu baş məşqçisi olduğu komanda ilə bağlı həddindən artıq əsassız tənqidlər olduğunu düşünür.
Fanat.Az xəbər verir ki, buna etiraz edən portuqaliyalı mütəxəssis TG2-yə müsahibəsində maraqlı açıqlama ilə diqqət çəkib.
“Düşünürəm ki, “Roma” çox tənqid olunur. Elə mən də. Fakt faktlığında qalır: biz avrokuboklarda uğurlu çıxış etmişik. Bəziləri yolumuzun çox asan olduğunu deyirdilər, amma indi Çempionlar Liqasında çıxış edən "Zalsburq"a, "Real Sosyedad", "Feyenord"a, "Bayer Leverkuzen"ə baxın. Deyəsən, onların sonuncu məğlubiyyəti elə “Roma” ilə matçda olub”.
Qeyd edək ki, "Roma" 2022-ci ildə Konfrans Liqasında qalib olub, ötən mövsüm isə Avropa Liqasının finalında oynayıb.
Mirağa