"Latsio"nun baş məşqçisi Mauritsio Sarri maraqlı açıqlama gündəmə gəlib.
Fanat.Az "La Repubblica" ya istinadən xəbər verir ki, o, 2018/2019 mövsümünün sonunda "Çelsi"ni tərk etdiyinə görə peşman olduğunu etiraf edib:
“Yuventusda məndən Çempionlar Liqasını qazanmağı tələb etdilər. Rəhbərliyin mesajı açıq idi. Ən yaxşı illəri keçmişdə olan bir komanda ilə çempion olmağı bacardım. Rəhbərlik komandanın oyun tərzini dəyişmək istəyirdi, amma qərarsız görünürdülər.
Bircə onu deyə bilərəm ki, “Çelsi”dən ayrıldığım üçün peşmanam. İtaliyaya qayıtmaq mənim tərəfimdən səhv qərar idi”.
Qeyd edək ki, "Çelsi" Sarrinin rəhbərliyi altında Avropa Liqasının qalibi olub. İtaliyalı mütəxəssis "göylər"in "sükanı arxası"nda keçirdiyi ilk mövsümün sonunda müqaviləsinə xitam verib və bir qədər sonra "Yuventus"da işə başlayıb. O, Turin klubu ilə A Seriyasının qızıl medallarını qazanmağı bacarıb.