FİFA DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Braziliya və Argentina arasında keçirilən oyundan əvvəl Marakanada baş vermiş hadisələrlə bağlı rəsmi araşdırmaya başlayıb.
Fanat.Az "Globo"-ya istinadən xəbər verir ki, beynəlxalq futbol qurumu Braziliya polisinin qonaq azarkeşlərə hücumu və bir neçəsinin yaralanması ilə bağlı ciddi ölçü götürə bilər.
Qeyd edək ki, Argentina millisi Rio-de-Janeyroda Braziliyanı Nikolas Otamendinin qolu ilə məğlub edib. Tribunada azarkeşlərlə polis arasında yaranan münaqişə səbəbindən matçın startı yarım saat gecikib. Tribunada vəziyyət uzun müddət nəzarət altına alınmadığına görə, Leo Messi komandanı soyunub-geyinmə otağına çəkib, Emiliano Martinez isə özbaşına polisləri dayandırmağa çalışıb.
FİFA-nın Braziliyanı boş tribunalar qarşısında oynamaqla, hətta xalların silinməsi ilə cəzalandırması mümkündür. Hazırda altıncı yerdə olan Braziliya üçün bu, böyük zərbə olacaq.
Mirağa