"Napoli"nin keçmiş hücumçusu, hazırda Kanadanın "Toronto" klubunda çıxış edən Lorentso İnsinye A Seriyasına qayıda bilər.
Fanat.Az xəbər verir ki, bu haqda "Football Italia" məlumat yayıb.
Xəbərə görə, 32 yaşlı futbolçu ilə "Latsio" maraqlanır. İnsinye özü də vətənə qayıtmaq istəyir. O, 2022-ci ildən "Toronto"da çıxış edir. Tərəflər arasında hazırki müqavilənin müddəti 2026-cı ildə başa çatacaq. Futbolçunun transfer dəyəri 8 milyon avro olaraq qiymətləndirilir.
İnsinye bu mövsüm MLS-də 20 oyun keçirib. İtalyan futbolçu bu görüşlərdə 4 qol vurub və 4 məhsuldar ötürmə edib.
Mirağa