"Mançester Yunayted"in sabiq hücumçusu Dimitar Berbatov İngiltərə nəhənginin "Atletiko Madrid"in forvardı Antuan Qrizmannı heyətə qatmağı hədəflədiyi ilə bağlı məlumatlara münasibət bildirib.
Fanat.Az xəbər verir ki, "Football365" bolqar veteranın dediklərini belə çatdırıb:
"Mançester Yunayted" Qrizmannı transfer etsə, Rasmus Hoylundun aqibəti necə olacaq? Qrizmann gəlsə, Hoylund oynayacaqmı? Oynamayacaqsa, niyə alırdılar? Yox, mən "Yunayted"in Qrizmannı transfer edəcəyini düşünmürəm".
Xatırladaq ki, daha öncə MY-nin Fransa millisinin üzvünü "Atletiko"da aldığından 3 dəfə artıq maaş qarşılığında transfer etmək istədiyi haqda məlumatlar yayılıb. Bu keçid baş tutacağı təqdirdə, Antuanın ildə 21 milyon avro əməkhaqqı alacağı bildirilib.
Nihat