İtaliyanın "Roma" klubunun yarımmüdafiəçisi Leonardo Spinatsiola karyerasını Türkiyədə davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, bu barədə Türkiyənin “Sporx” portalı məlumat yayıb.
Mənbənin məlumatına görə, İtaliya millisinin AÇ-2020-nin qalibi olmasında mühüm rol oynayan Spinatsiola "Qalatasaray"a keçməyə yaxındır.
İstanbul nəhəngi yarımmüdafiəçini azad agent kimi almağa ümid edir. Onun “Roma” ilə müqaviləsi gələn yay başa çatacaq.
Xatırladaq ki, Spinatsiola 2019-cu ildən “Roma”da çıxış edir. O, daha əvvəl “Peruca” və “Atalanta” kimi klublarda top qovub.
Mirağa