PSJ-nin baş məşqçisi Luis Enrike komandasından danışıb.
Fanat.Az xəbər verir ki, Paris klubunun mətbuat xidməti ispan mütəxəssisin dediklərini belə çatdırıb:
"Məncə, çempionatda heyət baxımından hamıdan üstünük. Əlbəttə, zədələr üzücüdür və təəssüf ki, bu, futbolda qaçılmaz haldır. Amma heyətimiz geniş və yüksək səviyyəlidir".
Qeyd edək ki, PSJ bu gün Liqa 1-in 13-cü turu çərçivəsində "Monako" ilə qarşılaşacaq.
Nihat