"Liverpul"un sabiq yarımmüdafiəçisi Con Barns "qırmızılar"ın macar hücumçusu Dominik Soboslaidən danışıb.
Fanat.Az xəbər verir ki, " talkSPORT" onun dediklərini belə çatdırıb:
"O, "Liverpul"a keçənə qədər haqqında heç nə eşitməmişdim. Ancaq Dominiki görən zaman anladım ki, inanılmaz futbolçudur. Mənə bir qədər Stiven Cerrardı xatırladır. Hücum etməyi və müdafiə olunmağı bacaran mərkəz yarımmüdafiəçiləri nadir hallarda olur. Soboslai isə məhz belədir. Onun hələ 22 yaşı var, ancaq fantastik futbolçudur. Dominik bizim ən yaxşı oyunçumuzdur".
Qeyd edək ki, Soboslai "Liverpul"a bu yay "Leyptsiq"dən transfer olunub. İngiltərə Premyer Liqasında 12 oyuna çıxan Macarıstan millisinin üzvü 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat