"Mançester Siti"nin hücumçusu Erlinq Holandın İngiltərə Premyer Liqasının 13-cü turu çərçivəsində keçiriləcək matçda "Liverpul"a qarşı oynayıb-oynamayacağı açıqlanıb.
Fanat.Az ESPN-ə istinadən xəbər verir ki, Norveç yığmasının heyətində noyabrın 16-da Farer adalarına qarşı yoldaşlıq görüşündə topuğundan xəsarət alan Erlinq artıq kollektiv məşqlərə qatılır.
Mənbə 22 yaşlı forvardın oynamağa hazır olduğunu, lakin son qərarı baş məşqçi Xosep Qvardiolanın verəcəyini vurğulayıb.
Qeyd edək ki, "Mançester Siti" - "Liverpul" oyunu sabah keçiriləcək. İPL-in turnir cədvəlində lider mövqeyində qərarlaşan "şəhərlilər"in 28, ikinci pillədəki "Liverpul"un isə 27 xalı var.
Nihat