«Neftçi» Melvin Platyenin transferini rəsmiləşdirib. Fanat.az xəbər verir ki, bu barədə klubun vitse-prezidenti Tahir Süleymanov məlumat verib.
Klubun düşərgəsinə gələn holland futbolçu tibbi müayinədən uğurla keçib. Artıq onunla rəsmi müqavilə də imzalanıb. Melvin qarşıdakı iki ildə «Neftçi»nin uğurları üçün çalışacaq.
Qeyd edək ki, Melvin Platjenin isə 24 yaşı var. Futbolun sirrlərini «Omnivorld», «Huizen» və «Volendam»da öyrənən forvard 2007-2011-ci illərdə sonuncu klubun əsas heyətində çıxış edib və 104 oyunda 48 qol vurub. 2011-ci ildə «Nijmegen»ə transfer olunan Melvin 63 oyunda 13 qola imza atıb.
«Neftçi» bundan əvvəl Braziliyanın «Vitoriya» klubundan Karlos Kardosanı və Litva «Metallurq»undan (Liepaya) Pavel Doroşevi heyətinə qatmışdı.
İdman24.az