"Tottenhem"in "xəstəxana"sı yeni futbolçularla dolmağa davam edir.
Fanat.Az xəbər verir ki, Maddison, van de Ven və Rişarlisondan başqa, hotspurluların məşqçilər korpusu Eşli Fillips və Pape Sarra da arxalana bilməyəcək.
Fanat.Az xəbər verir ki, "Tottehhem"in mətbuat xidməti bu barədə baş məşqçi Ancelos Postekoğlunun "Aston Villa" ilə İLP matçından əvvəl keçirilən mətbuat konfransındakı açıqlamasını yayıb.
“Bizim bir neçə problemimiz var. Gənc Eşli Fillips ayaq biləyindən zədə alıb və bir müddət oyunları buraxacaq. Sara Papa ilə də kiçik bir problem var. Yaxın bir-iki gündə durumuna baxacağıq. Yaxşı ki, digər mikrozədəlilər sıraya dönüblər və oynamağa hazırdırlar”.
Əlavə edək ki, "Tottenhem" - "Aston Villa" matçı bazar günü, noyabrın 26-da keçiriləcək. Hesabat turu öncəsi 26 xalla hotspurlular lider "Mançester Siti"dən iki xal geri qalaraq turnir cədvəlinin dördüncü pilləsində qərarlaşıb.
Mirağa