İtaliya çempionatının XIII turu çərçivəsində baş tutan matçda - “Fiorentina” ilə oyunda (1:0) “Milan”ın gənc futbolçusu Françesko Kamarda debütünü reallaşdırıb.
Fanat.Az xəbər verir ki, matçın 83-cü dəqiqəsində meydana çıxan hücumçu İtaliya çempionatında oynayan ən gənc futbolçu ünvanını ələ keçirib.
Kamarda 15 yaş 260 günlüyündə debüt edib ki, bu da indiyədək A Seriyasında qeydə alınmış rekorddur.
Öncəki rekord "Bolonya"nın müdafiəçisi Uisdom Ameyə ( 15 yaş 274 gün) məxsus idi.