İngiltərə Premyer Liqasında mövsümün driblinq rekordu qeydə alınıb.
Fanat.Az xəbər verir ki, rekorda “Mançester Siti”nin futbolçusu Ceremi Doku XIII turda “Liverpul”a qarşı keçirdikləri görüşdə (1:1) imza atıb.
21 yaşlı belçikalı hücumçu 11 driblinqlə diqqət mərkəzinə düşüb.
Qeyd edək ki, Doku cari mövsüm “şəhərlilər”in forması ilə çıxdığı 15 oyunda 3 qol, 6 məhsuldar ötürmə ilə yadda qalıb.