"Çelsi"nin müdafiəçisi Tyaqo Silva İngiltərə Premyer Liqasının 13-cü turunda keçiridkləri matçda "Nyukasl"dan aldıqları ağır yenilgi (1:4) barədə fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, matçın 61-ci dəıqiqəsində kobud səhvlə yadda qalan və "sağsağanlar"ın futbolçusu Joelintonun qol vurmasına səbəb olan 39 yaşlı Silva sosial şəbəkə hesabında paylaşım edib:
"Çox üzgünəm. Bu, bizim üçün pis gün idi. Məğlubiyyətə görə başda mənə etibar edən komanda yoldaşlarım olmaqla, hamıdan üzr istəyirəm. Məsuliyyəti tam şəkildə öz üzərimə götürürəm. Gəlin toparlanaq və daha güclü olaq".
Qeyd edək ki, 13 tura 16 xal toplayan "Çelsi" İPL-in turnir cədvəlində 10-cu pillədə qərarlaşıb.
Nihat