"Qalatasaray"ın hücumçusu Mauro İkardinin agenti Elio Letterio Pino müştərisinin "Real Madrid"in transfer siyahısına düşməsi ilə bağlı yayılan xəbərləri təsdiqləyib.
Fanat.Az xəbər verir ki, onun dediklərini "Madrid Universal" belə çatdırıb:
"Hazırda Madriddəyəm. Düzdür, "Real" rəsmi müraciət etməyib. Ancaq İspaniya nəhəngi ilə ünsiyyətdəyik".
Qeyd edək ki, cari mövsüm "Qalatasaray" forması ilə bütün turnirlərdə 21 matça çıxan İkardi 16 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. Onun İstanbul klubu ilə müqaviləsinin müddəti 2026-cı ilin yayına qədərdir. "Transfermarkt" portalı argentinalı forvardın transfer qiymətini 20 milyon avro ilə dəyərləndirir.
Nihat