"Arsenal"ın yarımmüdafiəçisi Deklan Rays komandanın ən zarafatcıl oyunçusunun kim olduğunu açıqlayıb.
Fanat.Az xəbər verir ki, "ua.tribuna" onu dediklərini belə çatdırıb:
"Şübhəsiz, Aleksandr Zinçenko paltardəyişmə otağının ən parlaq simasıdır. O, dəli və gülməlidir. Komandanın ən zarafatcıl üzvüdür. "Arsenal"da hamı belə düşünür. Zinçenko hər dəfə bizim eynimizi açır, yaxşı ab-hava yaradır".
Zinçenko 2022-ci ildən "Arsenal"da çıxış edir. Ukraynalı futbolçunun "topçular"la müqaviləsinin müddəti 2026-cı ilə qədərdir.
Qeyd edək ki, 30 xalı olan "Arsenal" İngiltərə Premyer Liqasının turnir cədvəlində 1-ci pillədə mövqe tutub.
Nihat