"Mançester Yunayted"in sabiq müdafiəçisi Qari Nevill "Mançester Siti" - "Liverpul" matçında (1:1) "qırmızılar"ın yeganə qoluna imza atan Trent Aleksander- Arnolddan danışıb.
Fanat.Az xəbər verir ki, "Sky Sports" onun dediklərini belə çatdırıb:
"Trenti bəzən mən də tənqid etmişəm, ancaq o, möhtəşəm futbolçudur. Alkesander-Arnoldun əla zərbələri var.
"Mançester Siti"nin topla davranış və ötürmə etmək bacarığına görə dünya səviyyəli oyunçusu Kevin De Bröyne zədəlidir. Trent sağ cinah müdafiəçisi olsa da, onunla eyni səviyyədədir. Sadəcə, müdafiəyə daha çox diqqət yetirməlidir. Onu da deyim ki, "Mançester Siti" ilə matçda bu mənada hər şey qaydasında idi".
Nihat