"Tottenhem" İngiltərə Premyer Liqasında antirekorda imza atıb.
Fanat.Az xəbər verir ki, Hotspur təmsilçisi çempionatın 13-cü turu çərçivəsində dünən keçirilən matçda evdə "Aston Villa"ya uduzaraq (1:2) arzulamadığı ilki reallaşdırıb.
Belə ki, ölkə birinciliyinin startındakı 10 oyunluq məğlubiyyətsiz seriyadan sonra ardıcıl 3 yenilgi alan "Tottenhem" İPL tarixində ilk belə komanda olub.
Qeyd edək ki, yunan əsilli avstraliyalı mütəxəssisin - Angelos Postekoğlunun rəhbərliyi altında 13 tura 26 xal toplayan "Tottenhem" hazırda İPL-in turnir cədvəlində 5-ci pillədə mövqe tutub.
Nihat