"Qalatasaray"ın argentinalı hücumçusu Mauro İkardi ilə maraqlanan "Real Madrid"in bu futbolçu ilə bağlı son qərarı bəllidir.
Fanat.Az xəbər verir ki, məlumatı şəxsi "X" hesabı üzərindən tanınmış insayder Fabritsio Romano yayıb.
Xəbərə görə, "Kral klubu" bu qış 30 yaşlı forvard üçün Türkiyə təmsilçisinə rəsmi təklif göndərməyəcək. Mənbə "Real" bosslarının transferdən vaz keçdiklərini və daha öncə "Palmeyras"dan alınan braziliyalı hücumçu Endrikin yayda komandaya qoşulmasını gözləyəcəklərini vurğulayıb.
Qeyd edək ki, cari mövsüm "Qalatasaray" forması ilə bütün turnirlərdə 21 matça çıxan İkardi 16 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. Onun İstanbul klubu ilə müqaviləsinin müddəti 2026-cı ilin yayına qədərdir. "Transfermarkt" portalı argentinalı forvardın transfer qiymətini 20 milyon avro ilə dəyərləndirir.
Nihat