"Barselona"nın sabiq müdafiəçisi Karles Puyol Kataloniya təmsilçisinin indiki heyətində ən yaxşı futbolçunun kim olduğunu deyib.
Fanat.Az xəbər verir ki, Puyol bu barədə "YouTube" üzərindən yayımlanan "МЯЧ Shorts" kanalına danışıb:
"Fikrimcə, indiki "Barselona"nın ən yaxşı oyunçusu Qavidir. O, bizim öz yetirməmizdir. Onun oyun tərzindən, futbol ehtirasından, xarakterindən xoşum gəlir. Qavi olduqca iddialı oyunçudur".
Xatırladaq ki, Qavi hazırda zədəlidir. O, İspaniya millisinin düşərgəsində xaçvari diz bağlarından xəsarət alıb.
Nihat