"Sumqayıt" daha bir futbolçunu heyətinə qatıb. Fanat.az xəbər verir ki, son mövsümü "Rəvan"da keçirmiş Ramazan Abbasov bundan sonra gənclik şəhəri təmsilçisinin uğurları üçün çalışacaq. 30 yaşlı futbolçuyla 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Ramazan karyerası ərzində "Dinamo", MOİK, "Bakı", "Neftçi", "Xəzər Lənkəran" və "Gəncə"in şərəfini qoruyub. O, ötən mövsüm "Rəvan"nın heyətində 27 oyuna çıxıb və 1 qol vurub. Abbasov həmçinin 7 dəfə Azərbaycan millisinin formasını geyinib.
Onu da qeyd edək ki, "Sumqayıt" bundan əvvəl "Simurq"dan Ruslan Poladovu heyətinə qatmışdı.
Fanat.az