"Sumqayıt" transfer çalışmalarını davam etdirir. Fanat.az xəbər verir ki, gənclik şəhəri təmsilçisi Nodar Məmmədovla yeni müqavilə imzalayıb. 26 yaşlı futbolçu "Sumqayıt"la 1 illik sazişə qol çəkib.
Nodar ötən yay "Rəvan"dan "Sumqayıt"a keçib. O, bu komandanın heyətində 24 rəsmi oyuna çıxıb və 1837 dəqiqə oynayıb.
Qeyd edək ki, "Sumqayıt" bundan əvvəl Bəxtiyar Həsənalızadənin müqaviləsinin müddətini uzatmışdı.
Fanat.az