İspaniya millisinin baş məşqçisi Luis de la Fuente "Real Betis"in yarımmüdafiəçisi İskonun yığmaya dəvət almaq perspektivindən danışıb.
Fanat.Az xəbər verir ki, AS onun dediklərini belə çatdırıb:
"İsko böyük futbolçudur və hazırda əla formadadır. Onun AÇ-yə getməməsi haqsızlıqdır, amma onunla eyni səviyyədə olanları nəzərə almamaq da düzgün deyil. O, ilkin siyahıda idi və onun adının son siyahıya daxil edilməsi qərara alındı. İsko indi 10 il əvvəlki kimi deyil, dəyişib və çox çalışır".
Qeyd edək ki, İsko bu ilin iyul ayından "Betis"in formasını geyinir. Cari mövsüm klubunun forması ilə 18 matça çıxan sabiq "Real Madrid"li 3 qol və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat