2023-cü ildə Braziliyanın ən yaxşı oyunçusunun kim olduğu açıqlanıb.
Fanat.Az xəbər verir ki, 23 yaşlı forvard “Qızıl Samba” mükafatına "Real Madrid"in hücumçusu Vinisius Junior sahib çıxıb.
O, səsvermənin nəticələrinə əsasən, Neymarı qabaqlayıb. Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunun formasını geyinən, hazırda zədəli olan Neymar 2-ci, PSJ-sinin müdafiəçisi Markinyoş 3-cü olub.
Qeyd edək ki, 2021-ci ilə qədər “Qızıl Samba” yalnız Avropada oynayan ən yaxşı braziliyalıya verilirdi. Son üç ildə bu mükafata Neymar layiq görülüb.