17 yaşadək futbolçulardan ibarət yığmalar arasında dünya çempionatı davam edir.
Fanat.Az xəbər verir ki, bu gün keçirilən ilk yarımfinal oyununda Almaniya və Argentina seçmələri qarşılaşıblar.
İndoneziyanın Surakarta şəhərindəki "Manahan" stadionunda reallaşan görüşün əsas vaxtı 3:3 hesabı ilə başa çatıb. Oyunsonrası penaltiləri daha dəqiq yerinə yetirən Almaniya (4:2) adını finala yazdırıb.
Almaniya finalda Fransa - Mali cütünün qalibi ilə qarşılaşacaq. İkinci yarımfinal dueli də bu gün reallaşacaq. Oyun Bakı vaxtı ilə 16:00-da başlayacaq.
Nihat