XXI əsrin ən yaxşı futbolçularının siyahısını açıqlanıb.
Fanat.Az xəbər verir ki, “FourFourTwo” nəşrinin tərtib etdiyi siyahıya əsasən, ABŞ-nin "İnter Mayami" klubunun və Argentina millisinin hücumçusu Lionel Messi əsrin ən yaxşısı elan olunub.
Səudiyyə Ərəbistanının "Əl-Nəsr" komandasında çıxış edən portuqaliyalı Kriştianu Ronaldu ikinci, İspaniya millisinin və "Barselona"nın sabiq yarımmüdafiəçisi Andres İnyesta üçüncü olub.
Ümumilikdə siyahıya 100 oyunçu daxil edilib. İlk "10-luq"da uyğun olaraq Xavi, Ronaldinyo, Zinəddin Zidan, Tyerri Anri, Manuel Noyer, Kaka və Luis Suares yer alıblar.