"Real Madrid"in yarımmüdafiəçisi Luka Modriçin Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində sabah "Napoli"yə qarşı keçirəcəkləri matçda oynayıb-oynamaycağı dəqiqləşib.
Fanat.Az xəbər verir ki, məlumatı şəxsi "X" hesabı üzərindən jurnalist Edu Aqirre yayıb.
Mənbə La Liqanın son turunda - "Kadis"lə matçda (3:0) xəsarət alan 38 yaşlı xorvatın zədəsinin ciddi olduğunu və Neapol təmsilçisinə qarşı oynaya bilməyəcəyini vurğulayıb.
Qeyd edək ki, "Santyaqo Bernabeu" stadionunda reallaşacaq "Real" - "Napoli" dueli Bakı vaxtı ilə 00:00-da başlayacaq.
Nihat