Bir ilə yaxındır həbsdə olan "Barselona"nın və Braziliya millisinin sabiq futbolçusu Dani Alvesin işi ilə bağlı yenilik var.
Fanat.Az “Mundo Deportivo”ya istinadən xəbər verir ki, cinsi təcavüzdə təqsirli bilinərək dəmir barmaqlıqlar arxasında qalan futbolçu yüngül cəza ilə azadlığa çıxa bilər.
Mənbənin məlumatına görə, Dani Alves strategiyasını dəyişib və daha qısa cəzaya ümid edir. Belə ki, o, qurbanı ilə anlaşaraq ona 150 min avro ödəyib. Beləliklə, böyük ehtimalla o, simvolik olaraq iki və ya üç il həbs cəzasına məhkum oluna bilər.
Qeyd edək ki, keçmiş cinah oyunçusu 2022-ci ilin sonunda 23 yaşlı qıza təcavüz etdiyi üçün həbs olunub və bir ilə yaxındır istintaqı davam edir.
Dani Alves dünyanın ən titullu futbolçularından biridir. O, karyerası ərzində "Sevilya", "Barselona" və "Yuventus" kimi top-klublarda çıxış edib.
Mirağa