Dünən Azərbaycan Kubokunun ll mərhələsi çərçivəsində "Difai Ağsu" səfərdə "Karvan"la qarşılaşdı. Yevlax təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşan matçdakı hakim idarəçiliyi qonaq komandanın ciddi narazılığına səbəb olub. Ağsu təmsilçisinin prezidenti Asəf Məlikovla əlaqə saxlayıb konkret olaraq, nədən narazı qaldıqlarını soruşduq.
Məlikovun Fanat.Az-a açıqlaması elə oldu:
"Vallah nə deyim? Ümumi dərdimizdirmi, bilərəkdənmi və ya bilməyərəkdənmi edilir, bilmirik. Şikayətimizi verəcəyik. Araşdırılmasını gözləyirik. Biz də səbəbləri bilmək istəyirik. Araşdıran və son qərarı verən orqan da biz deyilik. Narazı olduğumuz iki epizod var. Biz ümumi olaraq futbolumuzun inkişafını istəyiriksə, ilk növbədə belə nüanslar mütləq araşdırılmalıdır".
Nahid Məmmədov