"Mançester Siti"nin yarımmüdafiəçisi Filip Foden Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində dünən baş tutan matçdan - "RB Leyptsiq"lə ev oyunundan (3:2) sonra açıqlama verib.
Fanat.Az-ın məlumatına görə, "Daily Mail" onun dediklərini belə çatdırıb:
"İlk yarıda sərgilədiyimiz futbol indiyədək bizim ifamızıda gördüyüm ən bərbad oyun idi. Ancaq sonra kişilik və motivasiya hər şeyi dəyişdi. Komandamızın əla mentaliteti var. Bizə oyuna qayıtmaq üçün yalnız qol lazım idi. Rəqib qapısına yol tapandan sonra azarkeşlər də fəallaşdılar. Bu mövsüm "Etihad"dakı nəticələrimiz əladır".
Qeyd edək ki, Almaniya təmsilçisi İngiltərədəki görüşün ilk yarısında 2 qol vursa da, MS fasilədən sonra oyunu çevirməyi bacarıb.
Nihat