Hazırda azad agent olan ulduz ispan qapıçı David de Xea İngiltərə Premyer Liqasına qayıda bilər.
Fanat.Az xəbər verir ki, informasiyanı "Todofichajes" yayıb.
Mənbənin məlumatına görə, "Tottenhem" 33 yaşlı qolkiper ilə müqavilə imzalamaqda maraqlıdır. London klubunu məhz qapıçının azad agent olması cəlb edir. Müqavilə yanvarda açılacaq transfer pəncərəsində tamamlana bilər.
Xatırladaq ki, David uzun müddət İngiltərə çempionatında çıxış edib. İspan qolkiper 2011-2023-cü illərdə "Mançester Yunayted"in qapısını qoruyub.
Mirağa