Məşhur italiyalı çalışdırıcı Arriqo Sakki "Milan"ın Çempionlar Liqasındakı çıxışını şərh edib.
Fanat.Az xəbər verir ki, hazırda ekspert kimi fəaliyyət göstərən mütəxəssisin dediklərini "Gazzetta.it" belə çatdırıb:
“Bunu çox təəssüf hissi ilə deyirəm, amma hazırkı "Milan" bir komanda deyil. Fərdi oynayırsansa, təzyiq etmirsənsə, meydanda məsafələri düzgün bölüşdürmürsənsə, o zaman Avropada sənə çətin olacaq. "Milan"da tarazlıq yoxdur".
Sakki "Avropa səviyyəsindən çox uzaq" hesab etdiyi "Milan"ın çalışdırıcısı Stefano Piolinin vaxta ehtiyacı olduğunu vurğulayıb.
Qeyd edək ki, ötən axşam "Borussiya Dortmund"a 1:3 uduzan "Milan"ın qrupdan çıxmaq şansı möcüzəyə bağlıdır
Mirağa