"Barselona"nın idman direktoru Deku komandanın baş məşqçisindən - istefaya göndəriləcəyi ilə bağlı şaiyələr dolaşan Xavidən danışıb.
Fanat.Az-ın məlumatına görə, "FC Barcelona Noticias" onun dediklərini belə çatdırıb:
"Xavi bizim məşqçimizdir və bir müddət öncə klubla müqavilə yeniləyib. "Barselona" çox da yaxşı oynamadığı dönəmdə belə məlumatların yayılması normaldır. Futbol belədir. Ancaq unutmayaq ki, klub mütəxəssislə anlaşma yeniləyirsə, deməli, ona güvənir. Yəni müzakirə ediləsi nəsə yoxdur".
Qeyd edək ki, 14 tura 31 xal toplayan "Barselona" La Liqanın turnir cədvəlində 4-cü pillədə mövqe tutub. Kataloniya təmsilçisi zirvədə qərarlaşan "Real Madrid"dən 4 xal geri qalır.
Nihat