Branimir Subaşiç Türkiyədən ayrılır. Fanat.az xəbər verir ki, milliləşdirilmiş futbolçumuz "Orduspor"u tərk edir.
Buna səbəb serb hücumçunun maaşını vaxtında ala bilməməsidi. Artıq Subaşiçin karyerasını Azərbaycanda davam etdirəcəyi dəqlişib. Onun müqavilə bağlayacağı klubun adı tam dəqiqlişməsə də, bu böyük ehtimalla "Sumqayıt" olacaq. Heyətinə Ruslan Poladov, Aqil Nəbiyev, Ramazan Abbasov kimi təcrübəli futbolçuları cəlb edən gənclik şəhəri təmsilçisi hücum xəttini də millimizin sabiq üzvü vasitəsi ilə gücləndirmək istəyir.
Qeyd edək ki, Subaşiç ötən mövsüm "Orduspor"da 33 oyun keçirib və 8 qol vurub. O, ölkəmizdə "Neftçi", "Qəbələ", "Xəzər Lənkəran" və "Qarabağ"ın formasını geyinib, milli komandamızda 40 oyun keçirərək 7 qol vurub.
Fanat.az