Almaniyanın "Ştutqart" klubunun hücumçusu Seru Girassi gələn ilin yanvarında iş yerini dəyişə bilər.
Fanat.Az xəbər verir ki, məlumatı "Bild" yayıb.
Xəbərə görə, Qvineya əsilli fransalı "Mançester Yunayted"in diqqət mərkəzindədir. Mənbə "qırmızı şeytanlar"ın idarəçilərinin 27 yaşlı forvardın sayəsində hücum xəttindəki problemin aradan qalxacağına əmin olduqlarını vurğulayıb.
Qeyd edək ki, Girassi cari mövsüm Bundesliqada çıxdığı 10 matçda 15 qolla yadda qalıb.
Nihat