Azərbaycan Kubokunun ll təsnifat mərhələsi çərçivəsində "Zaqatala" "Şamaxı" nı qəbul edib. Görüş meydan sahiblərinin 0:1 hesablı məğlubiyyəti ilə yekunlaşıb. Ev sahibi komandanın baş məşqçisi Rüstəm Məmmədovla əlaqə saxlayıb bu oyunla bağlı fikirlərini öyrəndik.
Məmmədovun Fanat.Az-a açıqlaması belə oldu:
"Bu oyunda biz hansısa komponentdə onlardan geri qalmadıq. İlk hissədə rəqib təzyiq etdiyi üçün əks-hücumlara daha çox üstünlük vermişdik. İkinci hissə isə əksinə oldu. Demək olar ki, eyni səviyyədə oyun keçdi. Komandaların oyun üslubu oxşar idi. Məğlub olmağımızın səbəbi standart vəziyyətdən qol buraxmağımız oldu. Baş məşqçinin dəyişməsi olar bilər ki, futbolçuların özünü doğrultmaq istəyi baxımından rəqibə yaxşı təsir göstərib. Hesabda məğlub olsaq da, oyun planında uduzmadığımızı düşünürəm. Gənclər son dəqiqəyə qədər qol epizodları yaratdılar".
Nahid Məmmədov